Dövlət Sosial İqtisadi Kollecinin sabiq əməkdaşlarının apellyasiya şikayəti əsasında məhkəmə başlayıb

Dövlət Sosial İqtisadi Kollecinin sabiq əməkdaşlarının apellyasiya şikayəti əsasında məhkəmə başlayıb
# 17 aprel 2015 09:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində rüşvət almaqda təqsirli bilinən Dövlət Sosial İqtisadi Kollecinin sabiq əməkdaşları İlqar Əzizov, Şahin Mirzəhmədov və Rafiq Yunusovun apellyasiya şikayətləri əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası aprelin 22-nə təyin edilib.

Qeyd edək ki, Dövlət Sosial İqtisadi Kollecində keçirilən antikorrupsiya əməliyyatı zamanı kollecin direktoru Mübariz Mahmudov, onun bacısı oğlu, kollecin qiyabi təhsil şöbəsinin müdiri İlqar Əzizov, həmin şöbənin metodisti Şahin Mirzəhmədov və direktorun sürücüsü Rafiq Yunusov həbs edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Əzizov və Şahin Mirzəhmədov 4 il, Rafiq Yunusov isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

M. Mahmudov isə bir müddət əvvəl dünyasını dəyişdiyi üçün onun barəsində olan cinayət işinə xitam verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR