Rusiyada polislə silahlılar arasında qarşıdurma olub, 3 nəfər öldürülüb

Rusiyada polislə silahlılar arasında qarşıdurma olub, 3 nəfər öldürülüb
# 14 iyul 2015 08:42 (UTC +04:00)

Bakı. Faiq Mahmudov – APA. Ötən gecə Rusiyanın Kabarda-Balkar Respublikasının Bakson rayonunda güc strukturları əməkdaşları ilə silahlılar qarşıdurma olub.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, nəticədə 3 silahlı zərərsizləşdirilib.

Gecə saatlarında hadisənin baş verdiyi ərazidə antiterror əməliyyatı rejimi tətbiq edilib. Silahlı qrup 5 nəfərdən ibarət olub. Hazırda digər 2 nəfərin axtarışı davam edir.

Bildirilir ki, zərərsizləşdirilən 3 silahlıdan birinin bir neçə cinayətlərdə əli olub, digəri isə federal axtarışda olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR