Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış 2 azyaşlı uşaq xilas olunub

Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış 2 azyaşlı uşaq xilas olunub
# 24 sentyabr 2014 02:31 (UTC +04:00)

Bakı-APA. Bakının Nərimanov rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində iki azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə giriş qapısını kilidini açaraq daxil olublar. Mənzildə nəzarətsiz qalmış iki azyaşlı xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR