Səsvermənin gedişi “online” rejimdə izlənilir - VEB KAMERALAR

Səsvermənin gedişi “online” rejimdə izlənilir - <span style="color: red;">VEB KAMERALAR
# 01 noyabr 2015 07:25 (UTC +04:00)

Bakı - APA. Bu gün keçirilən parlament seçkilərində vətəndaşlar parlament seçkilərinin gedişini online rejimdə izləyə bilirlər. APA TV-nin məlumatına görə, Mərkəzi Seçki Komissiyası ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralar quraşdırıb. Səsvermə prosesini izləmək üçün Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq ana səhifədən “Online observation” bölməsinə daxil olmaq və seçki dairəsini seçmək lazımdır. Müvafiq saylı dairə seçki komissiyasını seçdikdən sonra veb-kameraların quraşdırıldığı məntəqələrin siyahısı açılır. Vətəndaşlar siyahıda istədikləri məntəqəni seçərək səsvermənin gedişini gün ərzində canlı izləyə bilərlər.


Qeyd edək ki, Azərbaycanda seçki məntəqələrində veb-kameraların quraşdırılması praktikası 2008-ci ildən tətbiq olunur. Bu il seçki məntəqələrinin təxminən 20 faizində veb-kameralar quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR