Azərbaycanda tikinti xərcləri indikatoru kəskin artıb

Azərbaycanda tikinti xərcləri indikatoru kəskin artıb
# 19 mart 2013 10:15 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator – CSI) 2013-cü ilin fevral ayı üzrə 95,0% təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, yanvarda həmin indikator 11,3%-ə, dekabrda isə 156,1%-ə bərabər olub.

CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın göstəricisinə nisbətidir. Beləliklə, mənzil tikintisinə yönəldilən investisiyalar ardıcıl iki ay ərzində yüksək templə artımdan sonra yanvarda 10 dəfədən çox azalıb, fevralda isə yanvarın səviyyəsinə yaxın olub:

Göründüyü kimi, mənzil tikintisinə investisiyaların həcmi hər ilin əvvəlində çox aşağı həddə düşür. Bunu ilin əvvəlinə xas olan müəyyən maliyyə çatışmazlığı və mövsümi amillərlə əlaqələndirmək olar.

Qeyd edək ki, CSI əsas makroiqtisadi indikatorlardan biridir və həm tikinti sahəsində, ona həmsərhəd sahələrdə olan vəziyyəti, həm də əhalinin alıcılıq qabiliyyəti ilə bağlı vəziyyəti göstərir.

Xatırladaq ki, 2012-ci il ərzində mənzil tikintisinə yönəldilən vəsaitlərin həcmi 1,396 mlrd. manat təşkil edib və bu, illik müqayisədə 47,5% çoxdur. Eyni zamanda, yanvar-fevral aylarında bu sahəyə yönəldilən investisiyaların həcmi illik müqayisədə 42,1% azalıb. Nəticədə, ötən il üzrə orta aylıq göstərici 116,3 mln. manata bərabər olduğu halda, bu il həmin göstərici cəmi 27 mln. manata düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR