Latviyanın baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb

Latviyanın baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb
# 19 may 2015 14:15 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, görüşdə Avropa Birliyi ilə “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələr arasında vacib strateji əməkdaşlıq məsələləri, eləcə də mayın 21-22-də Riqada keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinin gündəliyi müzakirə edilib.

Bakı. Mübariz Aslanov-APA. Latviyanın baş naziri xanım Laimdota Strauyuma Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan Avropa ölkələrinin sabiq dövlət və hökumət rəhbərlərini qəbul edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, bu ölkənin digər eks-prezidenti Valdis Zatlers, Serbiyanın sabiq dövlət rəhbəri Boris Tadiç, Rumıniyanın eks-prezidenti Emil Konstantinesku, Sloveniyanın keçmiş Prezidenti Danilo Turk, Bolqarıstanın eks-prezidenti Petar Stoyanov, Moldovanın keçmiş dövlət başçısı Petru Luçinski iştirak edib. Slovakiyanın sabiq hökumət başçısı İveta Radikova, Bosniya və Hersoqovinanın keçmiş Baş naziri Zlatko Laqumciya, Yunanıstanın sabiq Baş naziri George Papandreou və Ukraynanın keçmiş rəhbəri Viktor Yuşşenko da xanım Laimdota Strauyuma ilə görüşə qatılanlar arasında olub.

Sabiq dövlət və hökumət rəhbərləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Avropa Birliyi və onun qonşuluq siyasəti” mövzusunda keçiriləcək toplantıda iştirak etmək üçün Riqada səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR