2014-cü ildə Azərbaycanda hasil olunan qızıl hesabına hökumətə məxsus qızılın miqdarı 1155 kq-a çatdırılıb

2014-cü ildə Azərbaycanda hasil olunan qızıl hesabına hökumətə məxsus qızılın miqdarı 1155 kq-a çatdırılıb
# 11 mart 2015 12:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü ildə Azərbaycan hökumətinin payı olan 6927,3 troy unsiya, yəni 215,5 kq qızıl külçələri təhvil alınaraq Azərbaycan Mərkəzi Bankında yerləşdirilib.

APA-Economics”in məlumatına görə, bu barədə məlumat Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub.

Məlumata əsasən, “Gədəbəy Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Hökuməti ilə R.V. İnvestment Group Services, LLJ arasında imzalanmış sazişə əsasən İsveçrənin MKS Finance S.A. şirkəti tərəfindən 215,5 kq miqdarında qızıl külçələri saflaşdırılaraq ölkəyə geri göndərilib.

Bununla da, Mərkəzi bankda saxlancda olan Azərbaycan Hökumətinə məxsus qızılın miqdarı 37132,7 troy unsiyaya, yəni 1155 kq-a çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR