Eşitmə, görmə və nitq qüsuru olanlar üçün tiflo və surdo şərhli filmlərin təqdimatı keçirilib - FOTO

Eşitmə, görmə və nitq qüsuru olanlar üçün tiflo və surdo şərhli filmlərin təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 13 mart 2015 13:55 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsi eşitmə, görmə və nitq qüsuru olan insanlar üçün tiflo və surdo şərhli filmlərin təqdimatını keçirib.

İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman Bakı şəhər İcra Hakimiyyətinin respublikada ilk dəfə olaraq görmə, eşitmə və nitq qüsuru olan insanlar üçün filmlərin tiflo və surdo tərcüməsini həyata təşkil etdiyini bildirib: “Artıq dörd filmin - “Şərikli çörək” bədi filmi, “Şah və xidmətçi”, “Fitnə”, "Humayın yuxusu" adlı cizgi filimlərinin tiflo və surdo tərcümələri hazırlanıb”.

Tədbirdə tiflo və surdo tərcüməli “Şah və xidmətçi” cizgi filmi nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR