Dünya Bankı Ukraynaya 378,4 mln. dollar kredit ayırıb

Dünya Bankı Ukraynaya 378,4 mln. dollar kredit ayırıb
# 23 dekabr 2014 07:28 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, DB-nin açıqlamasında bildirilir ki, ayrılan vəsait elektrik ötürücü sistemlərinin etibarlılığının artırılmasına və elektrik enerjisinin topdansatış bazarının təkmilləşdirilməsinə yönəldiləcək.

DB-nin Belarus, Moldova və Ukrayna üzrə regional direktoru Çimyo Fan deyib ki, energetika sektoru Ukrayna üçün strateji əhəmiyyətə malikdir və kredit “enerji ötürülməsinin milli şəbəkəsinin bərpa olunmasına” yardım edəcək və ölkənin enerji təhlükəsizliyinin yüksəldilməsinə səbəb olacaq.

18 illik kredit Ukraynaya 3,5 mlrd. dollar həcmində yardım paketi çərçivəsində ayrılıb. Artıq bu vəsaitin 2,5 mlrd. dolları ayrılıb.

Qeyd edək ki, bu il aprelin 30-da Beynəlxalq Valyuta Fondu (BVF) “stand by” sabitləşdirilmiş proqramını təsdiqləyib. Proqram çərçivəsində Kiyev iki il müddətində 17 mlrd. dollar alacaq. Bu proqramın 3,16 mlrd. dollar həcmində ilk tranşını Kiyev may ayının əvvəlində alıb. İkincisi tranş isə (1,39 mlrd. dollar) sentyabrda təqdim edilib.

Dekabrın 22-də isə Avropa İnvestisiya Bankı (AİB) ilə Ukrayna arasında iki müqavilə imzalanıb. Kiçik sahibkarlığın inkişafını nəzərdə tutan ilk müqavilə çərçivəsində Kiyevə 400 mln. avro, ikinci müqaviləyə əsasən isə 200 mln. avro təqdim edilib.

Son vaxtlar Ukrayna İES-lərdə kömür çatışmazlığı ilə əlaqədar problemlərlə üzləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR