Bank Of Baku

Bakıda naməlum avtomobilin vurduğu piyada ağır xəsarət alıb

Bakıda naməlum avtomobilin vurduğu piyada ağır xəsarət alıb
# 17 iyun 2019 23:09 (UTC +04:00)

Bakının Sabunçu rayonunda avtomobil piyadanı vuraraq ona xəsarət yetirib.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib. Naməlum sürücünün idarə etdiyi avtomobil piyada - 1963-cü il təvəllüdlü Razakova Zemfira Sergey qızını vurub.

Yaralı təcili tibbi yardım vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR