Qusarda avtomobil ağaca çırpılıb, 3 nəfər yaralanıb

Qusarda avtomobil ağaca çırpılıb, 3 nəfər yaralanıb
# 18 aprel 2013 06:52 (UTC +04:00)

Qusar. Vəli Turan - APA. Qusar-Xudat yolunun Qusar rayonunun Bədirqala kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun xəbərinə görə, Qusar istiqamətində hərəkətdə olan “VAZ-2107” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə 3 nəfər ağır xəsarət alaraq Qusar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib.

Yaralılar Qusar rayonunun Quxur-oba kənd sakini, 39 yaşlı İlham Əsgərov, Gədəzeyxur kənd sakini, 51 yaşlı Möhlət Dadaşbalayev və Özbəkistan vətəndaşı, 50 yaşlı Elbrus Somsonizdedir. İlham Əsgərovun vəziyyəti daha ağır olduğundan, onun əməliyyat olunması üçün paytaxtdan həkim briqadası gəlib. Digər iki yaralının vəziyyəti ağır-stabildir. Qəzaya yüksək sürətin və yağmurlu hava şəraitinin səbəb olduğu bildirilir.

Yaralıları deformasiyaya uğrayan avtomobildən çıxarmaq mümkün olmadığından, əraziyə FHN-in xilasedici briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR