İctimai TV-nin baş direktoru vəzifəsinə elan olunan müsabiqəyə sənəd qəbulu başa çatıb

İctimai TV-nin baş direktoru vəzifəsinə elan olunan müsabiqəyə sənəd qəbulu başa çatıb
# 19 aprel 2013 16:14 (UTC +04:00)

Bakı. Kəmalə Qulieva - APA. Milli Televiziya və Radio Şurasının (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru vəzifəsinə elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb. MTRŞ-dan APA-ya verilən xəbərə görə, İTV-nin baş direktorunun yerinə elan edilən müsabiqəyə sənəd qəbulu aprelin 4-dən başlayıb və bu gün saat 19.00-da başa çatıb.

MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov APA-ya açıqlamasında deyib ki, müsabiqəyə sənəd verən namizədlərin adları hələlik açıqlanmır.

İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tahir Məmmədov APA-ya açıqlamasında İTV-nin hazırkı baş direktoru İsmayıl Ömərovun müsabiqəyə sənəd vermədiyini açıqlayıb.

Müsabiqədə iştirak edəcək şəxs Azərbaycan vətəndaşı və ali təhsilli olmalıdır. Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənil­məmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər müəyyənləşdirildikdən sonra «İctimai Televiziya və Radio Yayımı haqqında» Azərbaycan Respublikası Qanunun 20.1.3, 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq seçkinin keçirilməsi üçün namizədlərin siyahısı İctimai Televiziya və Radio Yayım Şurasına təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR