İqtisadiyyat və sənaye naziri Şəkidə vətəndaşları qəbul edəcək

İqtisadiyyat və sənaye naziri Şəkidə vətəndaşları qəbul edəcək
# 01 iyun 2015 14:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İyunun 5-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Şəkidə Oğuz, Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Şəki Olimpiya İdman Kompleksində (Ünvan: Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Şəki-Zaqatala regional bölməsi (Ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi, 8, əlaqələndirici şəxs Qalib Məsimov, əlaqə telefonu: (02424) 4-27-11, (050) 391-75-72, faks: (02424) 4-37-67, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və Sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR