Moskvada Nursultan Nazarbayevə həsr edilmiş "Qurucu" adlı kitabın təqdimatı olub - FOTOSESSİYA

Moskvada Nursultan Nazarbayevə həsr edilmiş "Qurucu" adlı kitabın təqdimatı olub - <span style="color: red;">FOTOSESSİYA
# 01 iyul 2015 12:42 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında nəşr olunan Qazaxstan prezidenti Nursultan Nazarbayevin həyat və fəaliyyətindən bəhs edən "Qurucu" (Sozidatel) kitabın təqdimat mərasimi keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Qazaxstanın siyasi liderinə həsr edilmiş kitabda yer alan məqalələrdən birinin müəllifi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur.

Təqdimat mərasimində çıxış edən P. Bülbüloğlu N. Nazarbayevin Heydər Əliyev dostluğundan, TÜRKSOY-dakı xidmətlərindən və beynəlxalq arenada Qazaxıstanın Azərbaycana verdiyi dəstəkdən danışıb: “Mən Qazaxstan prezidenti Nursultan Nazarbayevlə Azərbaycanın ümummilli lideri Heydər Əliyev arasında paralellər aparmaq istərdim. Hər ikisi öz dövlətinin qurucusudur. Qazax xalqının bəxti onda gətirib ki, respublika SSRİ dağılandan sonra etibarlı əllərdə olub. Azərbaycan isə ən çətin günlərdə səriştəsiz siyasətçilərin əlində olub. Ölkəmiz 1993-cü ildə Heydər Əliyev rəhbərliyi ilə dirçəlməyə başlayıb”.

Kitabın həmmüəlliflərindən biri olan beynəlxalq icmalçı, jurnalist Leonid Mleçin də N. Nazarbayevi miqyasına görə H. Əliyevlə müqayisə edib: “Xarakterlərinə, qətiyyətli olmaqlarına görə Nazarbayevlə Heydər Əliyev arasında paralel aparmaq olar. Hər ikisi böyük miqyaslı siyasətçidir. Əgər Azərbaycan bu gün mövcudluğuna görə Əliyevə borcludursa, Qazaxstan da bir dövlət kimi Nazarbayevin siyasəti nəticəsində mövcuddur. Həqiqətən də bu tarixi şəxsiyyətlər olmasaydı, hər iki dövlətin olub-olmaması məsələsi şübhə altında idi. Ona görə bu iki tarixi şəxsiyyətin adının qoşa çəkilməsi təsadüfi deyil”.

Təqdimat mərasimində N. Nazarbayev haqqında “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov, Rusiya Dövlət Dumasının komitə sədri Leonid Slutskiy, senator Vitali İqnatenko və başqaları çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR