“Partizan” - “Neftçi” matçını türkiyəli hakimlər idarə edəcək

“Partizan” - “Neftçi” matçını türkiyəli hakimlər idarə edəcək
# 14 avqust 2014 14:50 (UTC +04:00)

Bakı – APA. Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Partizan” (Serbiya) – “Neftçi” (Azərbaycan) oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun qalibinin oyunu türkiyəli ədalət təmsilçilərinə tapşırılıb.

Avqustun 21-də baş tutacaq görüşü Hüseyin Göçek idarə edəcək. 38 yaşlı referi 2008-ci ildən FİFA hakimidir. Türkiyəli UEFA-nın 1-ci kateqoriyasına daxildir.

Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
21 avqust
23:15. "Partizan" (Serbiya) - "Neftçi"
Baş hakim: Hüseyin Göcek
Baş hakimin köməkçiləri: Mustafa Emre Eyisoy, Orkun Aktas
Dördüncü hakim: Süleyman Abay (hamısı Türkiyə)
UEFA nümayəndəsi: Joao Morais (Portuqaliya)
Hakim-inspektor: Adrian D. Kaşa (Malta)
Belqrad. “Partizan” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR