Bakıda NATO və Azərbaycan arasında İPAP və PAP çərçivəsində görülən işlərin qiymətləndirilməsinə dair görüş keçirilir

Bakıda NATO və Azərbaycan arasında İPAP və PAP çərçivəsində görülən işlərin qiymətləndirilməsinə dair görüş keçirilir
# 09 aprel 2013 11:35 (UTC +04:00)

APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin rəhbərliyi altında keçirilən görüşdə Azərbaycanın qeyd olunan proqramlarda iştirak edən müxtəlif hərbi qurumlarının və hökumət strukturlarının nümayəndələri iştirak edirlər.

Adıçəkilən proqramlar üzrə görülən işlərə dair ayrı-ayrı qurumların hazırladıqları hesabatlar NATO nümayəndələrinə təqdim olunub.

NATO-nun ekspert missiyası aprelin 12-dək Bakıda səfərdə olacaq.

Qeyd edək ki, Azərbaycan İPAP-a 2005-ci ildə, PAP-a 1997-ci ildə qoşulub. Hər il Azərbaycan və NATO ekspertləri tərəfindən İPAPPAP üzrə qiymətləndirmələr keçirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR