Bank Of Baku

Coğrafiya İnstitutu: Gədəbəy, Daşkəsən və Tovuzda yeni sürüşmə sahələri əmələ gəlib

Coğrafiya İnstitutu: Gədəbəy, Daşkəsən və Tovuzda yeni sürüşmə sahələri əmələ gəlib
# 20 iyun 2019 16:12 (UTC +04:00)

“Yayda adətən sürüşmələr fəallığını azaldır, bu, yağıntıların azalması ilə bağlıdır, amma yaz-payız aylarında sürüşmələr fəallaşır”.

Bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov deyib.

O bildirib ki, yayda sürüşmələrin risk zonalarında torpaqlarda çatlar əmələ gəlir: “Biz sürüşmə riskini öyrənmək üçün 17 parametr üzrə tədqiqatlar aparmışıq. Hazırda Azərbaycanın ən aktiv sürüşmə zonaları İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar əraziləridir. Təəssüf ki, texnogen yükləmə artdıqca, problemlər meydanlar çıxır. Yeni yollar, yeni kəndlər salınır, hündürmərtəbəli binalar tikilir. Bunlar relyefin yükünü artırır, bu zaman tarazlıq pozulur və sürüşmə hadisələri müşahidə olunur.

Hazırda Gədəbəy, Daşkəsən, Tovuzun dağlıq hissələrində yeni sürüşmə zonaları əmələ gəlib”.

M. İsmayılov deyib ki, Bakı-Şamaxı yolunda sürüşmələrin qarşısını almaq üçün yenidənqurma işləri aparılır: “Şamaxı zonasında yay aylarında da sürüşmə gedir. Orda basdırılmış çay dərələri var, onu çoxları bilmirlər. Həmin dərələr sürüşmə üçün ən təhlükəli zonalardır. Şamaxının əksər ərazilərində apardığımız tədqiqatlardan məlum oldu ki, sürüşmənin yüksək təhlükəli  risk daşıyan sahələri 50 faizdən çox olub. Məhz buna görə də burda iş görərkən diqqətli olmaq, elmi məsləhətlərə mütləq qulaq asmaq lazımdır”.

Şöbə müdiri sürüşmə zonası olmayan Şirvan düzündə də son zamanlar sürüşməyə meyllilik yarandığını deyib: “Tədqiqatlar zamanı məlum oldu ki, çay yatağından çınqılı götürürlər, çay material gətirə bilmir, onda məcbur olub öz yatağını dərinləşdirir. Şirvan düzündə 10 metrə yaxın yerdə çay dərəsi dərinləşib.

Yeri gəlmişkən, su anbarları da, çayın gətirmə materiallarını azaldır və aşağı hissədə çay yatağını dərinləşdirir. Həmin çay yamacında laylar yenidən sürüşməyə başlayır. Laylar sürüşəndə çay torpağı yuyub aparır. Şirvan düzündə, Lənkəran ovalağında bu hallara rast gəlmişəm. Su anbarı tikən zaman elə etmək lazımdır ki, sürüşmə əmələ gəlməsin”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR