Nazirliyin proqnozu: Rusiyadan kapital axını ilin sonuna kimi 125 mlrd. dollar təşkil edəcək

Nazirliyin proqnozu: Rusiyadan kapital axını ilin sonuna kimi 125 mlrd. dollar təşkil edəcək
# 02 dekabr 2014 11:40 (UTC +04:00)

Bakı - APA-Economics. 2015-ci ildə Rusiyada ÜDM istehsalı 0,8% azalacaq.

APA-Economics” Rusiyanın “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Aleksey Vedev bildirib.

Nazir müavini bildirib ki, artıq gələn ilin birinci rübündən etibarən Rusiya iqtisadiyyatında böhran yaşanacaq. Bununla belə, A. Vedev bildirib ki, 2016-cı ildə ölkəsinin iqtisadiyyatında artım müşahidə olunacaq.

Nazirliyin departament rəhbəri Kirill Tremasov isə bildirib ki, gələn ilin ortalarına yaxın Rusiya iqtisadiyyatı çökə bilər. “Bundan bir qədər sonra isə artım barədə danışmaq olar”, - deyə o bildirib.

Nazirliyin proqnozuna görə, bu ilin sonuna Rusiya iqtisadiyyatından kapital axınının həcmi 100 mlrd. dollardan 125 mlrd. dollara qədər arta bilər. Gələn bu göstərici 90 mlrd. dollara təşkil edə bilər. Qeyd edək ki, növbəti il üçün bundan öncəki proqnoz 50 mlrd. dollar həcmində idi.

Cari ilin sonuna inflyasiya üzrə proqnoz 9%, gələn il üçün isə 7,5% təşkil edir.

Proqnoza əsasən, Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar 2015-ci ilin sonuna qədər qüvvədə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR