Britaniya baş naziri Roma Papasına qarşı çıxıb

Britaniya baş naziri Roma Papasına qarşı çıxıb
# 15 mart 2013 20:58 (UTC +04:00)

Bakı-APA. Böyük Britaniyanın baş naziri Devid Kemeron Roma Papası Fransiskin Folklend adalarının Argentinaya məxsus olması barədə sözləriylə razılaşmadığını bildirib.

Qeyd edək ki, sözügedən ifadəni Papa Fransisk 2010-cu ildə, yəni Buenos-Ayres arxiyepskopu olarkən işlədib. Papa seçilməmişdən adı Xorxe Mario Berqolio olan Fransisk öz çıxışında Folklend adalarının Argentinaya məxsus olduğunu və britaniyalılar tərəfindən işğal olunduğunu bildirib.

Devid Kemeron isə xatırladıb ki, martın əvvəllərində Folklend adalarında keçirilən referendumda ada əhalisi Böyük Britaniyanın tərkibində qalmağa səs verib.

«Bu adaların əhalisi öz gələcəyini aydın şəkildə seçib. Hər kəs onların seçiminə hörmət etməlidir. Mən yeni Roma Papasının məlum çıxışı ilə razı deyiləm», deyə Kemeron əlav edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR