Atəşgahda “Mədəni irs” Gənclər festivalı keçiriləcək

Atəşgahda “Mədəni irs” Gənclər festivalı keçiriləcək
# 12 mart 2015 09:09 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Sabah Suraxanıdakı “Atəşgah Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğunda Gənclər və İdman Nazirliyi tərəfindən “Mədəni irs” Gənclər Festivalı keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 12.00-da keçiriləcək festivalda 100 nəfərə yaxın tələbə və gənc iştirak edəcək.

Festivalın keçirilməsində əsas məqsəd Azərbaycanın milli-mədəni irsinin, tarixinin, adət və ənənələrinin qorunub saxlanması və təbliğ edilməsidir.

Festivalda yerli və xarici qonaqlar iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR