NATO-nun nizami qoşunlarının Ukrayna ərazisində rəsmi şəkildə yerləşdirilməsi Rusiya ilə birbaşa toqquşma riskini dəfələrlə artıracaq.
APA xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Vedomosti” qəzetində dərc olunan məqaləsində bildirilib.
O, Əbu-Dabidə keçirilən danışıqlardan bir gün əvvəl “İstəklilər Koalisiyası”nın qəbul etdiyi qərarlara diqqət çəkib. Söhbət noyabrın 9-dan 22-dək Ukrayna üçün nəzərdə tutulan “çoxmillətli qüvvələr” kontingentinin müəyyən təlimlərə başlaması, eləcə də Avropa İttifaqı Şurasının fəaliyyət göstərən Aİ-nin hərbi yardım missiyasının bir qrup əməkdaşının birbaşa Ukrayna ərazisində yerləşdirilməsi barədə qərarından gedir.
“Şübhəsiz ki, NATO-nun nizami qüvvələrinin Ukraynada rəsmi mövcudluğu alyansın Rusiya ilə birbaşa hərbi toqquşma riskini dəfələrlə artıracaq”, – Lavrov bildirib.