SOCAR Novorossiysk limanından neft nəqlini bir ildə 70%- yaxın artırıb

SOCAR Novorossiysk limanından neft nəqlini bir ildə 70%- yaxın artırıb
# 01 aprel 2015 13:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin mart ayında Novorossiysk limanından 169 470 ton xam neft ixrac edib.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, ötən ilin mart ayı ilə müqayisədə 2 dəfə çoxdur.

Ümumilikdə, bu ilin yanvar-mart ayları ərzində Novorossiysk limanından 423 785 ton xam neft ixrac edilib. Bu da 2014-cü ilin üç ayı ilə müqayisədə 66,6% çoxdur.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR