İranla “altılıq” ölkələri arasında keçirilən görüşün birinci mərhələsi başa çatıb

İranla “altılıq” ölkələri arasında keçirilən görüşün birinci mərhələsi başa çatıb
# 05 aprel 2013 11:57 (UTC +04:00)

APA-nın məlumatına görə, görüşdə fasilə elan olunub.

Müzakirələrin bu gün hansı saatda davam edəcəyi ilə bağlı hələlik məlumat verilməyib.

Danışıqlarda iştirak edən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Almatıda yerləşən məscidlərin birinə cümə ibadəti üçün gedib.

S. Cəlilinin orada mətbuat konfransı keçirəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR