«Vergilər» mövzusunda tələbə və magistrantlar arasında növbəti olimpiada keçirilib - FOTO

«Vergilər» mövzusunda tələbə və magistrantlar arasında növbəti olimpiada keçirilib - <span style="color: red;">FOTO
# 26 aprel 2013 14:38 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində Bakı və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən 16 ali məktəbin 230-dək tələbə və magistrantının iştirak etdiyi «Vergilər» mövzusunda VII olimpiada keçirilib.

«APA-Economics»in məlumatına görə, Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Damət Bağırov hər il ənənəvi olaraq Bakıdan və müxtəlif bölgələrdən çoxlu sayda tələbə və magistrantın bu olimpiadaya qatıldığını bildirib.

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov ölkədə həyata keçirilən iqtisadi islahatların ölkəmizi regionda və dünyada aparıcı dövlətlər səviyyəsinə çatdırdığını deyib. Müşavir qeyd edib ki, artıq 7-ci ildir ki, ali məktəb tələbələri və magistrantları bu olimpiadada iştirak edirlər. Həmin tələbələrin bir çoxu sonradan vergi orqanlarına işə qəbul zamanı yüksək nəticələr göstərərək Vergilər Nazirliyində müvafiq vəzifələr tutur.

Test üsulu ilə təşkil olunmuş olimpiada zamanı iştirakçılar 2 saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanmış sualları kompyuter vasitəsilə onlayn rejimdə cavablandırıblar. Hər bir tələbə üçün fərdi sual bazası tərtib olunub. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR