Bir nəfəri öldürməkdə, bir nəfəri yaralamaqda təqsirləndirilən şəxsə hökm oxunub

Bir nəfəri öldürməkdə, bir nəfəri yaralamaqda təqsirləndirilən şəxsə hökm oxunub
# 01 aprel 2015 11:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, digərini isə yaralamaqda təqsirləndirilən Samur Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, S.Həsənov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyulun 12-də Biləcəri qəsəbəsi ərazisində S. Həsənov Fərid Həsənova odlu silahla atəş açıb, qardaşı Şəhriyara isə bıçaqla xəsarət yetirib. F.Həsənov hadisə yerində ölüb, Şəhriyar isə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətmiş S.Həsənov tutulub.

Məlumata görə, aralarında mübahisə baş vermiş şəxslər idmançı olublar və eyni idman zalında məşq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR