Azərbaycanda Pyotr Çaykovskinin 175 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

Azərbaycanda Pyotr Çaykovskinin 175 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək
# 05 may 2015 13:35 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mayın 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının opera studiyasında rus bəstəkar Pyotr Çaykovskinin 175 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.

Musiqi Akademiyasından APA-ya verilən məlumata görə, akademiyanın opera studiyasının solistləri Fəridə Məmmədova, Səbinə Əsədova, Adil Axundov, Anton Fernştadt proqramda bəstəkarın kamera vokal əsərləri və operalardan parçalar səsləndirəcəklər.

Tədbirin rejissoru Zeynəb Safina, konsertmeysteri Yuliya Kərimovadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR