Türkiyə və Qazaxıstan parlamentlərinin nümayəndələri TürkPA komitəsinin iclasına qatılmaq üçün Bakıya gəliblər

Türkiyə və Qazaxıstan parlamentlərinin nümayəndələri TürkPA komitəsinin iclasına qatılmaq üçün Bakıya gəliblər
# 21 noyabr 2014 09:46 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sağlıq, Ailə, İş və Sosial məsələlər Komitəsinin sədri Necdət Ünüvarın rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Qazaxıstan Məclisinin Sosial və Mədəni məsələlər Komitəsinin üzvü Azərbaycana gəliblər. TürkPA-dan APA-ya verilən məlumata görə, qonaqlar quruma üzv ölkələrin Bakıda keçiriləcək sosial siyasət komitələrinin 2-ci birgə toplantısında iştirak edəcəklər.


Səfər çərçivəsində Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə, o cümlədən Milli Məclisdə görüşlər nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR