Bakı. Hafiz Heydərov – APA. Qazaxıstan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan azərbaycanlı Bakıda həbs edilib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazaxıstanda soyğunçuluq etdiyi üçün axtarışda olan Bakı şəhər sakini Elmar Hüseynov tutularaq məsuliyyətə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.