“Standart İnsurance” ötən il 500 min manat mənfəət əldə edib

“Standart İnsurance” ötən il 500 min manat mənfəət əldə edib
# 31 mart 2015 10:40 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin yanvarın 1-nə “Standart İnsurance” ASC-nin aktivləri 26 425 438,28 manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 9,49% çoxdur.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə şirkətin məcmu kapitalının həcmində də artım qeydə alınıb. Belə ki, müqayisə olunan dövrdə şirkətin məcmu kapitalı 2,69% artaraq 12 538 739,36 manat olub.

2014-cü ildə şirkətin cəmi gəlirləri 25 375 311,73 manat, cəmi xərcləri isə 24 907 694,14 manat təşkil edib. Şirkət ötən ili 467 617,59 manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR