Yəmən XİN başçısı: Ədənin husilər tərəfindən ələ keçirilməsi vətəndaş müharibəsinə gətirib çıxaracaq

Yəmən XİN başçısı: Ədənin husilər tərəfindən ələ keçirilməsi vətəndaş müharibəsinə gətirib çıxaracaq
# 25 mart 2015 21:52 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Yəmənin xarici işlər naziri Riyad Yasin bəyan edib.

“Ədənin husilərin əlinə keçməsi vətəndaş müharibəsinin başlanğıcı deməkdir”, deyə R.Yasin bildirib.

Qeyd edək ki, Yəmənin xarici işlər idarəsinin başçısı hazırda Misirdə səfərdədir. Martın 28-də Şərm-əş-Şeyxdə Yəməndəki böhranla əlaqədar Ərəb Ölkələri Liqasının sammiti keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR