Bank Of Baku

İranda “Telegram”a məhdudiyyət qoyulub

İranda “Telegram”a məhdudiyyət qoyulub
# 30 aprel 2018 17:40 (UTC +04:00)

İranda “Telegram” messencerinin fəaliyyətinə məhudiyyət qoyulub.

 

APA-nın Tehran bürosunun məlumatına görə, Tehran Məhkəməsinin  Mədəniyyət və Media məsələləri üzrə ikinci Şöbəsinin müvafiq qərarına səbəb kimi “Telegram” əleyhinə çoxsaylı şikayətlər göstərilib.

 

“Telegram” İran İslam Respublikasının qanunlarına əməl olunmadan ölkə ərazisində qanunsuz fəaliyyət göstərir. Bu fəaliyyət bir sıra terror əməliyyatlarının, o cümlədən İmam Xomeyninin hərəminə, parlamentin binasına və Dey ayında yaranmış gərginliyə səbəb olub. Həmçinin bu kanalın serverlərinin ölkə ərazində olmaması və digər məsələlər nəzərə alınaraq, kanalın fəaliyyəti filtrasiya ediləcək”, - deyə açıqlamada bildirilir.

 

İranda “Telegram”ın 40 milyonadək istifadəçisinin olduğu deyilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR