ADİU Anadolu Universiteti ilə əməkdaşlıq edəcək - FOTO

ADİU Anadolu Universiteti ilə əməkdaşlıq edəcək - <span style="color: red;">FOTO
# 16 dekabr 2014 14:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Anadolu Universitetinin rektoru, professor Naci Gündoğan Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.

Ali məktəbin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ADİU-nun rektoru, professor Ədalət Muradovla görüşdə iki universitet arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Görüş zamanı ali təhsil ocağında tədrisin keyfiyyətinin daha da artırılması, ADİU əməkdaşlarının Anadolu Universitetində elmi təcrübə keçməsi və araşdırmaların aparılması, eyni zamanda dərs proqramları, birgə distant təhsil və ortaq dərslik proqramlarının hazırlanması barədə qərara gəlinib.

Qeyd olunub ki, 1958-ci ildə təsis edilən Anadolu Universiteti 17 fakültə üzrə kadrlar hazırlayır. İki milyon tələbəsi olan ali təhsil ocağı Türkiyənin ən böyük distant təhsil fakültəsinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR