Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 11% azalıb

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 11% azalıb
# 01 aprel 2013 13:50 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2012-ci il üzrə tədiyyə balansında əks etdirilən gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 6 510,3 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, bunun 5 418,4 mln. dolları və ya 83,2%-i Azərbaycandan ödənişlər, 1 091,9 mln. dolları və ya 16,8%-i ölkəyə gəlirlərlə bağlı olan daxilolmalardır.

Beləliklə, 2012-ci ildə gəlirlər üzrə tədiyyə balansında 4 326,5 mln. dollar məbləğində mənfi saldo yaranıb ki, bu da 2011-ci ilə nisbətən 11,0% azdır. Göründüyü kimi, ümumilikdə gəlirlər üzrə Azərbaycandan olan ödənişlər Azərbaycana daxil olan ödənişləri 5 dəfə üstələyir.

Azərbaycandan aparılan ödənişlərin əsas hissəsini (4,2 mlrd. dollar) beynəlxalq neft-qaz konsorsiumlarının xarici investorlarının payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqları (180,4 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (331,7 mln. dollar) təşkil edib.

Gəlirlər üzrə mənfi saldonun 4 128,4 mln. dolları və ya 95,4%-i neft-qaz sektoru, 198,1 mln. manatı və ya 4,6%-i isə digər sahələrin payına düşüb. Neft-qaz sektoru üzrə ödənişlər daxilolmaları 21,9 dəfə üstələyib (ödənişlər 4 330,9 mln. dollar, daxilolmalar 202,5 mln. dollar olub). Digər sahələr üzrə həmin nisbət ödənişlərin xeyrinə 22,3% (ödənişlər 1 087,5 mln. manat, daxilolmalar 889,5 mln. manat) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR