Dünya ölkələrinin liderləri Azərbaycan prezidentini təbrik ediblər

Dünya ölkələrinin liderləri Azərbaycan prezidentini təbrik ediblər
# 30 may 2015 14:13 (UTC +04:00)

APA-nın məlumatına görə, M. Abbasın məktubunda deyilir:

“Zati-aliləri, milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə mötəbər hökumətinizə və qardaş Azərbaycan xalqına Fələstin Dövlətinin xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizin xalqımıza göstərdiyiniz sıx qardaşlıq dəstəyinə və həmrəyliyinizə, torpaqlarını və müqəddəs məkanlarını qorumaq, milli Fələstin torpağında müstəqil dövlətimizi qurmaq, təhlükəsizlik, sülh və yaxşı qonşuluq münasibətləri məkanına çevirmək üçün ədalətli və qanuni mübarizəmizə göstərdiyiniz diqqətə görə dərin minnətdarlığımızı bildiririk.

Zati-alinizə təbriklərimizi çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və tərəqqi arzu edirik”.

28 May – Respublika Günü münasibəti ilə İ. Əliyevi həmçinin Küveyt vəliəhdi Nəvvaf əl-Əhməd əl-Cabir əl-Səbah, Tailand Kralı Bumibol Adulyadej, Malayziya lideri Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişah, Portuqaliya prezidenti Anibal Kavaku Silva və Macarıstan prezidenti Yanoş Ader təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR