Göygöldə avtomobillə vurulan piyada xəstəxanada ölüb - YENİLƏNİB

Göygöldə avtomobillə vurulan piyada xəstəxanada ölüb - <span style="color: red;">YENİLƏNİB
# 27 sentyabr 2015 10:11 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöl şəhərində “QAZel” markalı avtomobillə vurulan piyada ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə ötən gün avtomobillə vurularaq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilən 1978-ci il təvəllüdlü Hafiz Balaxanov həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

***

26 Sentyabr /18:21

Göygöl. Azər Məmmədli – APA. Göygöldə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bayraq Meydanı ərazisində qeydə alınıb.

Rayon sakini, 1978-ci il təvəllüdlü Hafiz Balaxanov yolu keçmək istəyərkən “QAZel” markalı yük avtomobili tərəfindən vurulub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR