I Avropa Oyunlarının bağlanış mərasiminə qatılan dünya şöhrətli ulduzlar öz təəssüratlarını bölüşüblər

I Avropa Oyunlarının bağlanış mərasiminə qatılan dünya şöhrətli ulduzlar öz təəssüratlarını bölüşüblər
# 29 iyun 2015 06:48 (UTC +04:00)

APA-nın məlumatına görə, elektronik rəqslərin prodüseri və DJ Gareth Emery bağlanış mərasimində iştirak etməkdən şərəf duyduğunu yazıb: “Mərasim o qədər ağlasığmaz və heyranedicidir. Düzü, burda iştirak etmək məni kifayət qədər həyəcanlandırır, Bakı – Bağlanış mərasimi valehedicidir!”

Dünya şöhrətli müğənni Con Nyuman da öz təəssüratlarını bölüşüb: “Bu gün həyatımın ən böyük, ən önəmli tədbirində - Avropa Oyunlarının bağlanış mərasimində iştirak edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR