Rusiyanın Voloqda vilayətində baş vermiş ağır aftoqəzada 6 nəfər ölüb, 24 nəfər isə yaralanıb

Rusiyanın Voloqda vilayətində baş vermiş ağır aftoqəzada 6 nəfər ölüb, 24 nəfər isə yaralanıb
# 28 mart 2013 21:30 (UTC +04:00)

Баку-АПА. Rusiyanın Voloqda vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 24 nəfər isə xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, içərisində Sankt-Peterburqun 8 saylı uşaq evinin yetirmələri olan avtobus martın 28-də Çerepovets şəhərinin 24 kilometrliyində yük maşını və minik avtomobili ilə toqquşub, qəzadan sonra avtobusda yanğın başlayıb.

Qəza nəticəsində 4 nəfər ölüb – yük maşının hər iki sürücüsü, avtobusun iki sürücüsü və uşaq evinin iki əməkdaşı. 21-i uşaq olmaqla 24 nəfər xəstəxanaya aparılıb.

Fakt üzrə cinayət işi açılıb, araşdırma aparılır.

Məlumata görə, qəza iştirakçısı olmuş “VAZ 2115” markalı avtomobilin sürücüsü polis əməkdaşıdır. Məhz o yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinir. Onun xidmət etdiyi polis idarəsinin rəhbərliyinin bir neçə nümayəndəsi intizam məsuliyyətinə cəlb olunub, onlara qarşı artıq inzibati tənbeh tədbirləri görülüb. Onun birbaşa rəhbəri isə tutduğu vəzifəsindən kənarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR