Gəncədə tələbə bıçaqlanıb

Gəncədə tələbə bıçaqlanıb
# 27 mart 2013 10:56 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Azərbaycan Dövlət Aqrar Universitetin 4-cü kurs tələbəsi, 1992-ci il təvəllüdlü Şamil İsgəndərov şəhərin 6-cı Vağzal küçəsində bıçaqlanaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Polis əməkdaşlarının apardıqları əməliyyat tədbirləri zamanı məlum olub ki, Ş. İsgəndərovu Rusiya Federasiyasında anadan olan, Gəncə şəhər sakini 1995-ci il təvəllüdlü Musa İmanov bıçaqlayıb. Həmin şəxs saxlanılıb və faktla bağlı cinayət işi açılıb. İstintaq aparılır. Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR