Azərbaycan çempionatına qatılacaq daha bir klubun adı açıqlanıb

Azərbaycan çempionatına qatılacaq daha bir klubun adı açıqlanıb
# 03 noyabr 2015 14:34 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçular arasında Azərbaycan çempionatında oynayacaq klubların sayı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Super Liqa 1 illik fasilədən sonra yenidən 6 komanda ilə keçiriləcək.

Belə ki, “Telekom”, “Azərreyl”, “Azəryol”, “Lokomotiv” və “Tbilisi”nin (Gürcüstan, müsabiqədən kənar) oynayacağı dəqiq idisə, sonda onlara 1 kollektiv də qoşulub. Bu, Azərbaycanın gənclər yığmasıdı.

Voleybol Federasiyası bu komandanı çempionata qoşmaqla yeni nəslin təcrübəsini artırmaq və ölkəmizin Gürcüstanla birgə ev sahibliyi edəcəyi Avro-2017 öncəsi millidə rəqabəti gücləndirmək niyyətindədi.

Qeyd edək ki, Super Liqa gözlənilən kimi noyabrın 6-da başlayacaq. Ötən il isə analoji yarışda 5 klub mübarizə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR