Sumqayıtda istehsalat tullantıları ilə dolu anbar yanıb

Sumqayıtda istehsalat tullantıları ilə dolu anbar yanıb
# 05 aprel 2015 01:39 (UTC +04:00)

Bakı-APA. Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində hazırda fəaliyyət göstərməyən təmir tikinti idarəsinə məxsus ümumi sahəsi 300 kv.m olan köhnə anbarın içərisində 100 kv.m sahədə istehsalat tullantıları yanıb. Yanğından anbarın qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR