İran Suriyadakı böhranın həlli üçün yeni plan irəli sürüb

İran Suriyadakı böhranın həlli üçün yeni plan irəli sürüb
# 02 aprel 2013 10:25 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran Suriyadakı böhranın həll edilməsi üçün yeni plan irəli sürüb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan Qahirədə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Əhzar İbrahimi ilə görüşündə ölkəsinin yeni təkliflər paketini ona təqdim edib.

Xəbərdə İranın yeni planının Cenevrə şəhərində keçirilmiş ikinci görüşdə əldə edilmiş razılaşmanın daha da təkmilləşdirilmiş variantı olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR