Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
# 24 aprel 2013 07:09 (UTC +04:00)

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya bildirib ki, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Ağsu aşırımında qatı duman var.

K. Əliyev sürücüləri göstərilən istiqamətdə görünüş məsafəsi məhdudlaşdığından alternativ yollardan istifadə etməyə çağırıb.

Şöbə rəisi bununla belə, respublikanın avtomobil yollarında heç bir problem olmadığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR