İstintaq təcridxanasında nikah mərasimi keçirilib

İstintaq təcridxanasında nikah mərasimi keçirilib
# 23 sentyabr 2014 08:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İstintaq təcridxanasında nikah mərasimi keçirilib.

Bu barədə APA-ya Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, 3 saylı İstintaq Təcridxanasında saxlanılan Rüstəmov Filidan Əhliman oğlunun və yaxınlarının müraciəti əsasında Penitensiar Xidmətin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb. Təcridxananın inzibati binasında 2 saylı Bakı "Asan Xidmət" mərkəzinin əməkdaşları Leyla Ağayeva və Aygün Hüseynova tərəfindən Rüstəmov Filidan Əhliman oğlunun vətəndaş Hüseynova Sevinc Sədrəddin qızı ilə nikahı qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR