Tovuz sakini yanıq xəsarətləri alıb

Tovuz sakini yanıq xəsarətləri alıb
# 14 iyul 2016 22:32 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuz rayon sakini yanıq xəsarəti alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Abdalı kənd sakini 1986-cı il təvəllüdlü Gülnarə Rzayeva yaşadığı evdə elektrik çaydanını söndürən zaman cərəyan onu vurub və qaynar su üzərinə tökülüb.

Döş qəfəsi, boyun və sifətin termiki yanıq xəsarəti alan G. Rzayeva Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanaya yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR