“DəmirBank” nağdılaşdırma limitini ləğv edir

“DəmirBank” nağdılaşdırma limitini ləğv edir
# 22 dekabr 2014 13:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “DəmirBank” təqdim etdiyi “DəmirTaksit” kartı üzrə nağdılaşdırma limitini dekabrın 28-dən ləğv edəcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu limitin aradan qaldırılması müştəriyə kartdakı məbləğin 100%-ni nağlaşdırmaq imkanı verəcək.

29 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür.

“DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR