Marseldə atışma baş verib, ölən və yaralanan var

Marseldə atışma baş verib, ölən və yaralanan var
# 25 iyun 2016 04:51 (UTC +04:00)

Bakı-APA. Fransanın Marsel şəhərində atışma baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, silahlı insident iyunun 25-ə keçən gecə qeydə alınıb.

Məlumata görə, atışma nəticəsində iki kişi öldürülüb, bir yeniyetmə qız isə ağır yaralanıb. Onların şəxsiyyətləri hələ müəyyənləşdirilməyib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Xatırladaq ki, iyunun 11-də Marseldə AVRO-2016 çərçivəsində Rusiya-İngiltərə matçından əvvəl futbol azarkeşləri arasında baş verən toqquşmalar nəticəsində 30 nəfər xəsarət almışdı. İyunun 21-də isə Ukrayna-Polşa matçından öncə azarkeşlər arasında toqquşmalar qeydə alınmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR