Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 30 Sentyabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 30 Sentyabr - <span style="color: red;">VİDEO
# 30 sentyabr 2015 17:11 (UTC +04:00)

BMT Baş Assambleyasında yaşanan gərginliyin yeni mərhələyə daşındı. Rusiyanın Suriya ərazisində aktiv hərbi əməliyyatlara başlaması Yaxın Şərqdə gərginliyi daha da artıracaq. Qərb-Rusiya qarşıdurması artıq yeni müstəviyə daşınır. Tərəflərin maraqları artıq neçə ildir Suriyada toqquşsa da, bu qarşıdurma hərbi müstəviyə daşınmamışdı. Ümumiyyətlə, Qərb-Rusiya “soyuq müharibəsi” uzun illərdir heç bir müstəvidə açıq qarşıdurma həddinə çatmayıb. Bu mənada Rusiyanın Suriyada hərbi iştirakını rəsmiləşdirməsi bir ilk sayıla bilər. Bu qarşıdurma ilk təsirini neftin qiymətində və rublun kursunda göstərəcək. İqtisadi böhrandan silahlı münaqişələrə başlamaqla çıxmaq siyasi qanunauyğunluqdur, nə qədər qəribə olsa da, bunu qanunauyğunluq halına məhz ABŞ salıb. İndi də Rusiya bu üsuldan istifadə edir. Moskvanın dalana dirənməsi postsovet məkanı üçün də təhlükələr yaradır, bu məkanda dondurulmuş münaqişələr aktiv fazaya keçərsə, bunu Rusiyanın beynəlxalq təzyiqlərə müqavimət reaksiyası kimi dəyərləndirmək lazım gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR