Azərbaycanda Ebola virusundan şübhələnənlər Səhiyyə Nazirliyi tərəfindən yaradılan “qaynar xətt”ə müraciət edib

Azərbaycanda Ebola virusundan şübhələnənlər Səhiyyə Nazirliyi tərəfindən yaradılan “qaynar xətt”ə müraciət edib
# 09 sentyabr 2014 09:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda Ebola virusundan şübhələnən 6-7 nəfər Səhiyyə Nazirliyi tərəfindən yaradılan “qaynar xətt”ə müraciət edib.

Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov APA-ya açıqlamasında deyib ki, 530-32-13 nömrəli “qaynar xətt” 24 saat ərzində vətəndaşlara xidmət edir və istənilən şəxs zəng edə bilər. Onun sözlərinə görə, bu vaxta kimi müraciət edən 6-7 nəfər hərarət, halsızlıqdan sonra xəstəlikdən şübhələniblər. Onlara izah olunub ki, əgər həmin ölkələrə getməyibsə və ya oradan gələn heç kimlə kontaktı yoxdursa, narahatlığa əsas yoxdur.

Ş.Qurbanov qeyd edib ki, Ebola virusu ilə bağlı artıq bütün sərhəd-keçid məntəqələrində müvafiq aparatlar quraşdırılıb. O əlavə edib ki, sərhəddən keçən kimdəsə müəyyən hal, klinik əlamət aşkarlanarsa, müəyyən inqubasiya müddətində nəzarətdə saxlanılacaq: “Həmin xəstələr üçün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müvafiq palatalar ayrılıb. Ebola virusunun olduğu ölkələrdən gələnlərdə hansısa klinik əlamət olarsa, onlar nəzarətdə saxlanılması və müayinədən keçirilməsi üçün yerləşdiriləcək. Bu günə kimi belə bir hal olmayıb və şübhəli bilinən hansısa xəstə həmin palataya yerləşdirilməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR