Kürdəmirə müdafiə əhəmiyyətli obyektin tikintisi üçün torpaqlar dövlət ehtiyacı üçün alınacaq

Kürdəmirə müdafiə əhəmiyyətli obyektin tikintisi üçün torpaqlar dövlət ehtiyacı üçün alınacaq
# 19 noyabr 2015 13:56 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” qərar verib.

APA-nın məlumatına əsasən, qərar Kürdəmir rayonunun Çöhranlı kəndində müdafiə əhəmiyyətli obyektin tikintisi ilə əlaqədardır.

Qərara əsasən, Kürdəmir rayonunun Çöhranlı kəndində müdafiə əhəmiyyətli obyektin tikintisi məqsədi ilə 124,921 hektar, o cümlədən dövlət mülkiyyətində olan 81,7 hektar əkin sahəsindən istifadə hüququnu, 41 nəfər vətəndaşın xüsusi mülkiyyətində olan 32,097 hektar və Çöhranlı bələdiyyəsinin mülkiyyətində olan 11,124 hektar (o cümlədən, 9,62 hektar örüş, 1,504 hektar əkin) torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan Müdafiə Nazirliyi müəyyən edilib. Müdafiə Nazirliyinə tapşırılıb ki, həmin torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun olaraq, həyata keçirsin və bu barədə Nazirlər Kabinetinə təkliflər təqdim etsin. Eyni zamanda Müdafiə Nazirliyinə tapşırılıb ki, həmin müdafiə əhəmiyyətli obyektin tikintisinə dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan torpaq sahələrinin müəyyən olunmuş qaydada kateqoriyası dəyişdirildikdən sonra başlanılsın.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR