Aİ nümayəndəsi: Azərbaycan və Ermənistan Riqada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Aİ nümayəndəsi: Azərbaycan və Ermənistan Riqada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
# 10 may 2015 10:25 (UTC +04:00)

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının (Aİ) adının çəkilməsini istəməyən nümayəndəsi bildirib.

“Sammit çərçivəsində ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ABŞ, Fransa və Rusiya ya Azərbaycan və Ermənistan prezidentlərinin, ya da iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil edəcək”, - deyə Aİ rəsmisi qeyd edib.

O bildirib ki, münaqişənin həllinə qədər ATƏT-in Minsk Qrupunun formatı dəyişməyəcək.

“Biz amerikanlı, rus və fransız həmkarlarımızın münaqişənin həllinə dair səylərinə inanırıq. Təəssüf ki, bu, çox çətin prosesdir”, - deyə Aİ nümayəndəsi vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR